“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyəti sahəsində vəziyyət mürəkkəb və gərgin olaraq qalır”- Vətəninfo.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.
“Təəssüf ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyəti sahəsində vəziyyət mürəkkəb və gərgin olaraq xarakterizə olunur. Hərbi təhlükəsizlik çağırışlarının və təhdidlərinin əsas mənbəyi bəzi Qərb elitalarının təşkilat ətrafında və onun ayrı-ayrı üzv dövlətlərində vəziyyəti pozmaq üçün dağıdıcı fəaliyyətidir”, – deyə Sidorov açıqlayıb.
KTMT-nin Birləşmiş Qərargahının rəhbəri əlavə edib ki, Qərb Ukraynaya anti-Rusiya qalası rolunu tapşırıb və bu ölkə ABŞ-ın Rusiyaya qarşı “silahına” çevrilib.