image-image_750x_63a5485bbde7cbackend

Viktor Orban: Korrupsiya qalmaqalına görə Avropa Parlamenti buraxılmalıdır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Qətər və Mərakeşin Aİ işlərinə müdaxiləsi ilə bağlı korrupsiya qalmaqalına görə Avropa Parlamentinin buraxılmasını təklif edib.

Onun sözlərinə görə, islahatların aparılması üçün Aİ-yə üzv ölkələrin milli nümayəndələrindən ibarət yeni qurum yaradılmalıdır.

“Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini buraxmağın vaxtı çatıb. Bizim həllimiz: milli nümayəndələrdən ibarət yeni Avropa Parlamentinin yaradılması.

Bu, daha çox nəzarət, cavabdehlik və etibar təmin edir. Nəzarəti üzv dövlətlərə qaytarın”, – Macarıstanın baş naziri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki