“Putin hakimiyyətdə qalsa, təslim olmayacağı üçün uzun müharibə olacaq. İnanıram ki, ya hakimiyyətdən uzaqlaşdırılacaq, ya da öldürüləcək. Mən qətli istisna etməzdim. Və bu, müharibənin sonu olacaq. Düşünürəm ki, Putinin sıradan çıxarılması hərbi məğlubiyyətdən daha çox ehtimaldır.”
Vətəninfo.az xəbər verir ki, bunu ABŞ əks-kəşfiyyatının keçmiş rəhbəri Ceyms Olson deyib.
O, həmçinin xəbərdarlıq edib ki, Rusiya prezidenti hakimiyyətdə qaldıqca müharibənin Ukrayna hüdudlarından kənara da yayıla biləcəyi fövqəladə risk var.


























