image-63ca908c89b18backend

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasına sədrlik edib

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı Rusiya Təhlükəsizlik Şurasına iclas keçirilməsi ilə bağlı çağırış edib.

Vətəninfo.az xəbər verir ki, Kremldən verilən bəyanatda Putinin sədrliyi ilə keçirilən iclasda “xüsusi hərbi əməliyyat” ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.

Bəyanatda Rusiya müdafiə naziri Sergey Şoyqunun həftənin əvvəlində əməliyyat qərargahına səfəri ilə bağlı Şuraya məlumat verdiyi qeyd olunub. Bəyanatda həmçinin Vladimir Putinin apardığı telefon danışıqları ilə bağlı da məlumat verdiyi bildirilib.
Şura üzvlərinin cari sosial və iqtisadi məsələləri müzakirə etdiyi də vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki