image-634fefdf00f5bbackend

Vladimir Putin Ukraynada yaralanan əsgərlərə pulsuz torpaq verəcək

image-reklam_sirab_01

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak edərək üstün xidmətə görə mükafatlandırılan və  yaralanan  əsgərlərə Moskva vilayəti, Krım və Sevastopolda pulsuz torpaqların verilməsini tövsiyə edən qərar imzalayıb. Vətəninfo.az xəbər verir ki, Putinin orduya dəstək üçün əlavə tədbirlər haqqında imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin rəsmi saytında dərc olunub.
Qərara əsasən, “xüsusi hərbi əməliyyat”da iştirak edən və üstün xidmətlərinə görə dövlət mükafatı almış və münaqişələrdə qazi olan əsgərlərə Moskva vilayətində, Krımda və Sevastopolda pulsuz torpaqların verilməsi tövsiyə olunur.
Bundan başqa, münaqişə zamanı və ya xəstəlik səbəbindən “xüsusi hərbi əməliyyat” bölgəsində həlak olan əsgərlərin yaxınlarına sosial dəstək nəzərdə tutulur.
Qeyd edək ki, qərar dünən qüvvəyə minib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki