image-image_750x_637b1f7b6847fbackend

“Vladimir Zelenski tribunalda mühakimə olunmalıdır”

image-reklam_sirab_01

“Kiyev rejimi rus hərbi əsirinin güllələnməsi kimi vəhşiliklərə görə ən ağır cəzaya layiqdir. Ukrayna prezidenti Vladimir Zelenski tribunalda mühakimə olunmalıdır”. Vətəninfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün, noyabrın 21-də özünün Telegram kanalında yazıb. O qeyd edib ki, Ukrayna əsgərləri tərəfindən silahsız əsgərləri atəşə tutması “faşist dövləti”nin açıq əlamətidir.

Volodin Avropanı keçmişin səhvlərini təkrarlamamağa və dünyanı yeni faşizm ocağının yaradılmasına apara biləcək bu cür amansız cinayətlərə göz yummamağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki