image-reklam-veteninfo
image-1backend

WSJ: “ Çin  İranın Hörmüz boğazında əsas tərəfdaşı olur” 

image-reklam-veteninfo

“The Wall Street Journal” qəzeti İranın Hörmüz boğazına nəzarəti gücləndirmək niyyətini və bu çərçivədə Çin kimi dost hesab etdiyi ölkələrə xüsusi imtiyazlar verməyi planlaşdırdığını yazıb.

Vətəninfo.az xəbər verir ki, qəzet qeyd edir ki, Tehran uzun müddətdir Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı alınmasını və keçidlərin İranın razılığı ilə həyata keçirilməsini hədəflədiyini gizlətmir. Məlumata görə, Çin və digər “dost” ölkələr bu sistem çərçivəsində xüsusi güzəştlərdən yararlana bilər.

Məqalədə İranın Çindəki səfiri Əbdürrza Rəhmani Fəzlinin Pekində verdiyi açıqlamaya da istinad edilir. O bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərdən xidmət haqqı alacaq, ancaq Çin və digər dost ölkələr üçün bu ödənişlərlə bağlı xüsusi yanaşma tətbiq oluna bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki