image-999backend

Xalik Məmmədovun Astarada təşkil etdirdiyi REYDER HÜCUMLARI: SOCAR rəsmisi yerli əhalini niyə boğaza yığıb?

image-reklam_sirab_01

Qanunsuz əməlləri sayəsində oliqarxa çevrilən bəzi məmurların özbaşınalığı artıq bütün çərçivələri aşır.

Vətəninfo.az xəbər verir ki, dövlətin verdiyi rəsmi səlahiyyətlərdən şəxsi maraqlarını təmin etmək üçün yararlanan həmin məmurlarla yanaşı, onların harınlamış yaxın qohumları da bu və ya digər bölgələrdə vətəndaşlara cəhənnəm əzabı yaşatmaqdadırlar. Bu sırada adı xüsusi hallanan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun, o cümlədən, onun qohumlarının əməlləri ilə bağlı Astara və Lənkəran rayonlarından gələn şikayətlərin ardı-arası kəsilmir.

Göründüyü qədər, Cənub bölgəsindən daxil olan şikayətlərin artması Xalik Məmmədovun SOCAR-da aparılan köklü kadr dəyişikliklərindən sonra öz postunu qorumaqla kifayətlənməyərək, mövqelərini daha da gücləndirdiyini və qanunsuz hərəkətlərinin miqyasını genişləndirdiyini söyləməyə əsas verir.

Şikayətlərin bir qisminə əsasən, Xalik Məmmədovun “Astaraçay” MMC-si uzun illərdir ki, qardaşı Tələt Məmmədovun rəhbərliyi altında Astara və Lənkəran sakinlərinə məxsus torpaq sahələrini qanunsuz zəbt edib. Sakinlərin müxtəlif dövlət qurmlarına, o cümlədən, adıçəkilən rayonların icra hakimiyyətlərinə etdikləri şikaytələr isə nəticəsiz qalır. Çünki söhbət SOCAR-ın “boz kardinalı” hesab edilən Xalik Məmmədovdan gedəndə, onlar da çarəsiz və gücsüz olurlar. Təbii ki, birada “əl əli yuyar, əl də üzü” prinsipi işləyir. Amma çoxları, daha doğrusu, şikayət ünvanlanan dövlət məmurları bir neçə hektar torpağı zəbt olunmuş hansısa sıradan vətəndaşa görə Xalik Məmmədovla da üz-üzə gəlmək istəmirlər. Niyə də istəsinlər ki?..

Amma məsələ ondadır ki, Xalik Məmmədovun reyder hücumlarına məruz qalan sıravi vətəndaşların da sayı çoxdur və bu vətəndaşlar öz mülkiyyətlərindən zorla məhrum ediliblər.

Bunun qarşılığında Xalik Məmmədovun Astarada rayonundakı biznesi çiçəklənir və onun Çayoba kəndində yerləşən çay fabriki isə xalis gəlirini artırır. Heç kim həmin çay fabrikinin bağlanmasını istəmir. Şikayətçilər sadəcə, Xalik Məmmədovun ətrafdakı torpaqları ələ keçirmək məqsədi ilə təşkil etdirdiyi reyder hücumlarına son qoyulmasını və qanunsuz zəbt edilmiş torpaqlarının geri qaytarılmasını tələb edirlər. Bu torpaqlar geri qaytarıldıqdan sonra isə sakinlər “Astaraçay” MMC ilə əməkdaşlıqlarını yeni müqavilə ilə davam etdirmək istəyirlər.

Mövzuya qayıdacağıq…interpress


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki