image-resizerbackend

Xalik Məmmədovun cənub bölgəsinə verdiyi töhvələr: Zəbt edilən torpaqlar, reyder hücumıarı…

image-reklam_sirab_01

Bəzi məmur oliqarxların özbaşınalıqlarını artıq “çuvalda” da gizlətmək olmur…

Xüsusilə, dövlətdən əldə etdikləri sərvət və resurslardan özlərini “Bağdadın kor xəlifəsi” zənn edən bəzi iri çaplı məmurların və qohumlarının əməllərindən əhali cana doyub.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və qohumları ilə bağlı Astara Lənkərandan gələn şikayətlər ilk dəfə dəfə deyil.

Görünən odur ki, Xalik Məmmədov SOCAR-da aparılan fundamental kadr dəyişikliklərindən sonra postunu qorumaqla kifayətlənməyib, Həm də mövqelərini güxləndirə bilib. Hər bir halda Cənub bəşlgəsindən gələn şikayətlərin artması bunu deməyə əsas verir.

Belə ki, Xalik Məmmədovun “Astaraçay” MMC-si uzun illərdir ki, qardaşı Tələt Məmmədovun rəhbərliyi altında Astara və Lənkəran sakinlərinin torpaqlarını zəbt edib. Sakinlərin müxtəlif dövlət qurmlarına, o cümlədən icra hakimiyyətlərinə etdikləri şikaytələr isə nəticəsiz qalır. Çünki söhbət SOCAR-ın “boz kardinalı” olan Xalik Məmmədovdan gedəndə onlar da çarəsiz və gücsüz olurlar. Təbii ki, birda “əl-əli yuyar, əldə üzü” prinsipi işləyir. Amma çoxları, daha doğrusu şikayət ünvanlanan dövlət məmurları bir neçə hektar torpağı zəbt olunmuş hansısa sıradan vətəndaşa görə Xalik Məmmədovla da üz-üzə gəlmək istəmirlər. Niyə də istəsinlər ki?..

Amma məsələ orasındadır ki, Xalik Məmmədovun reyder hücumlarına məruz qalan sıradan vətəndaşların da sayı çoxdur və bu vətəndaşlaröz mülkiyyətlərindən məhrum ediliblər.

Bunun müqabilində Xalik Məmmədovun Astaradakı biznesi çiçəklənir və onun Astara rayonu Çayoba kəndində yerləşən çay fabriki də xalis gəlirini artırır. Heç kim çay fabrikinin bağlanmasını istəmir. Şikayətçilər sadəcə Xalik Məmmədovun ətrafdakı torpaqları ələ keçirmək məqsədi ilə həyata keçirdiyi reyder hücumlarına son verilməsini və qanunsuz zəbt edilmiş torpaqlarının geri qaytarılmasını tələb edirlər. Bu torpaqlar geri qaytarıldıqdan sonra isə sakinlər Astaraçay” MMC ilə əməkdaşlıqlarını yeni müqavilə ilə davam etdirmək istəyirlər.

Mövzuya qayıdacağıq…

pia.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki