İran dini lideri Ayətullah Seyid Əli Xamenei son vaxtlar bəzi Avropa ölkələrində Qurani-Kərimin təhqir olunmasına reaksiya verərək deyib ki, dinə qarşı səlib yürüşü edənlər öz cəzasını alacaq.
“Qərb ölkələri din oyunu altında islam ölkələrini təxribata çəkir. Qərb buna görə layiqli cəzasını alacaq”-Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ayətullah Xamenei bildirib.
“Söz azadlığı adı altında Qurana qarşı ağılsızcasına təhqirlər göstərir ki, təkəbbürlü hücumların hədəfi İslam və prinsipcə Qurandır”.
“Təkəbbür sui-qəsdinə baxmayaraq, zaman keçdikcə Quran daha da populyarlaşır və gələcək İslama aiddir” dedi.
Ayətullah Xamenei daha sonra vurğulayıb: “Dünyadakı bütün azadlıq axtaranlar müqəddəsləri təhqir etmək və nifrət yaymaq kimi çirkin siyasətə qarşı müsəlmanlarla birlikdə olmalıdırlar”.