İranın rəhbəri Əli Xameneyi ölkədə davam edən etiraz aksiyaları ilə bağlı narahatlığını dilə gətirib. Vətəninfo.az xəbər verir ki, o, yanvarın 9-da çıxışı zamanı etiraz nümayişlərinə qoşulanları “xain” adlandırıb.
Əli Xameneyi aidiyyatı dövlət orqanları və səlahiyyətlilərin küçələrə çıxanlara qarşı sərt tədbirlər görmələrini tələb edib.
Xatırladaq ki, Xameneyi bundan öncə də İran Məhkəmə Sistemi və Baş Prokurorluğundan nümayişçilər barədə sərt ölçü götürmələrini tələb etmişdi.