image-reklam-veteninfo
image-1backend

Xameneyinin ofisi Pezeşkianın istefası ilə bağlı iddiaları təkzib etdi 

image-reklam-veteninfo

Dünən İranın ali rəhbəri Müctəba Xameneyinin ictimaiyyətlə əlaqələr ofisi prezident Məsud Pezeşkianın guya istefa məktubuna verilən cavabla bağlı yayılan məlumatları təkzib edib.

Vətəninfo.az xəbər verir ki, bəyanat, İran “Hizbullah” təşkilatının baş katibi və Xameneinin qohumu Məhəmmədbağır Xərrazinin Pezeşkianın yenidən istefa verməsi halında Xameneyinin bunu qəbul edəcəyi barədə iddialarından sonra yayılıb.

Xameneinin ofisinin açıqlamasında bildirilir: “Sosial mediada ali liderin hörmətli prezidentin məktubuna verdiyi cavabla bağlı irəli sürülən iddialar tamamilə yalandır və həqiqətə uyğun deyil”.

Bəyanatda, habelə, qeyd olunub ki, cəmiyyətdə fikir ayrılığına səbəb olan və dövlət rəsmiləri barədə həqiqətə uyğun olmayan məlumatların yayılması İranın düşmənlərinin maraqlarına xidmət edir. (Tabnak)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki