image-88backend

Xamneyi etirazçıların cəzalandırılması əmrini verdi

image-reklam_sirab_01
İranın ali dini rəhbəri Əli Xamneyi kütləvi etirazlara qatılanların cəzalandırılmasını tələb edib. Vətəninfo.az xəbər verir ki, o, bunu İsfahan şəhərində xalqa müraciəti zamanı deyib.
Xameneyi bildirib ki, ölkə boyu davam edən nümayiş və dağıntılarda iştirak edənlər cəzalandırılmalıdır.
İranda üçüncü ayına qədəm qoyan etirazlara toxunan Xamneyi qiyamın sona çatacağını və ölkənin inkişafının davam edəcəyini vurğulayıb:
“Üsyançılar xalqı küçələrə çıxara bilmədilər. Bu səbəbdən çaşqınlıq yaratmaqla təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Uğur qazana bilməyəcəklər və üsyan bitəcək”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki