image-1backend

Xandanyan: “Ermənistanın KTMT ilə bağlı mövqeyi artıq bəllidir”

image-reklam_sirab_01

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı bəyanat hüquqi bəyanat deyil, siyasi dəyərləndirmədir”.

Vətəninfo.az  xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur və Ermənistan bir ildən artıqdır ki, Təşkilatın işində iştirak etmir. “Biz KTMT-nin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı öz mövqelərimizi dəfələrlə səsləndirmişik. Bu, vəziyyətin konkret ifadəsidir. Bundan sonrakı proseslərin davam edib-etməyəcəyini isə zaman göstərəcək”, – deyə erməni deputat qeyd edib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki