image-russian-peacekeepers-in-nagorno-karabakhbackend

Xankəndi ilə Şuşa arasındakı sülhməramlıların keçid məntəqəsindən yeni görüntülər – VİDEO

image-reklam_sirab_01

Xankəndi ilə Şuşa arasındakı rus sülhməramlılarının keçid məntəqəsindən yeni video görüntülər yayımlanıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yer alıb.

Görüntülərdə “Azərişıq” ASC-nin əməkdaşlarından biri deyir ki, burdan ermənilər gəlib keçir, biz niyə burdan çıxmalıyıq.

Digəri isə ona “Bura bizim torpağımızdır, həyatımız boyu çıxmarıq” cavabını verir.

Xatırladaq ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin əməkdaşları Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar. Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılması müzakirə olunacaq.

Qeyd edək ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.
Yeri gəlmişkən, Xankəndiyə gedən yol üç saatdan çox müddət bağlı olub və danışıqlar nəticəsində açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki