image-a008d0fb7b4b3158a23e4f730f71030fbackend

Xankəndidən qaçış başladı – Vardanyan açıqladı

image-reklam_sirab_01
“Ərzaq talonu tətbiqinə hazırlaşan“ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülər yayılıb

 Artıq bir aya yaxın bir vaxtdır ki, Ermənistan dövləti və Qarabağdakı separatçı tör-töküntülər Azərbaycanın Laçın yolunu “bağladığına” görə guya 120 min erməninin humanitar böhranla üzləşdiyi haqqında bütün dünyaya dezinformasiya yayır.

Qarabağın “dövlət naziri” Ruben Vardanyan yanvarın 8-də əhaliyə müraciət edərək ərzaq kuponlarının tətbiqinə hazırlıq barədə məlumat verib.  Musavat.com news.am saytına istinadən xəbər verir ki, o, bəzi imkanlı şəxsləri də bu ağır günlərdə Qarabağı tərk etməkdə ittiham edib. “Biz bilirik ki, bir varlı ailə öz əlaqələrindən istifadə edərək tətilə çıxıb və bu, böyük səs-küyə səbəb olub”.  Vardanyan ad çəkmədən qeyd edib ki, Qarabağ əhalisinin 90 faizi  vəziyyəti sakitliklə qəbul edir,  “lakin bir neçə yolverilməz insident” var.

O, bildirib ki, bəzilərı benzini çörəyə dəyişir, halbuki benzin təcili yardım maşınlarına lazım olduğundan ümumi fonda verilməlidir. O, daha sonra mağaza sahiblərini qohum və tanışlarına mal paylamaqda ittiham edib. “Biz hamımız eyni gəmidəyik və hər şeyi paylaşmalıyıq” o deyib və əlavə edib ki, yanvarın 9-da  qida talonlarının tətbiqi ilə baglı iclas keçirəcək.

Vardanyan “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın “istefası” ilə bağlı da açıqlama verib.

Arcax-mterayin-xanut.jpg (67 KB)

“Dünən bir sıra KİV-lər naməlum Telegram kanalına istinad edərək, guya mənim yazımı Vitali Balasanyanın istefası ilə bağlı şərhlərlə dərc ediblər. Qərarlar… Mən Arayik Arutyunyanı müzakirə etmirəm və Vitali Balasanyanın xidmətlərinə hörmətlə yanaşıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, nə sosial şəbəkələrdəki rəsmi səhifələrimdə, nə də digər platformalarda bu mövzuda heç bir şərh verməmişəm”, – Vardanyan bildirib.

Qarabağın “təhlükəsiszlik xidməti” isə əhaliyə müraciət edərək rayonda ərzaq və digər malların qıtlığı ilə bağlı sosial şəbəkələrdə məlumatları dərc etməməyə çağırıb. Əhaliyə bu müraciət təsadüfi deyil. Çünki soşial şəbəkələr separatçı rejimin yalanını üzə çıxarır. Sosial şəbəkələrdə ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülər yetiricədir. Artıq vəziyyət o həddə çatıb ki, “Erməni İnqilabçı” adlı Teleqram səhifəsində Qarabağdakı ermənilərə çağırışlar edilib. Həmin çağrışda deyilir: “Zəhmət olmasa, öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yeməkli şəkillərini paylaşmasınlar. Bu, utancverici görünür”.

Xatırladaq ki, bu gün Azərbaycan vətəndaş cəmiyyəti fəallarının Şuşa yaxınlığındakı Laçın yolunda keçirdiyi aksiyanın 28-ci günüdür. Onlar Qarabağda qızıl mədənlərinin separatçılar tərəfindən qanunsuz istismarının dayandırılmasını və Laçın yolunda Azərbaycan nəzarətinin yaradılmasını tələb edirlər. Ermənistan tərəfi bu tələbləri yerinə yetirməkdən imtina edir.Musavat.com

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki