image-3333backend

Xankəndində nə baş verir?: Vitali Balasanyan buna görə geri qaytarılır

image-reklam_sirab_01

Xankəndində separatçılar arasındakı gərginlik davam edir. Qarabağdakı separatçı dəstənin başçısı Arayik Arutyunyan bir müddət əvvəl qondarma “təhlükəsizlik katibi vəzifəsi”ndən uzaqlaşdırdığı Vitali Balasanyanı geri qaytarmağa hazırlaşır. Erməni mediası iddia edir ki, Xankəndindək bəzi qüvvələr Balasanyanın geri qaytarılması üçün Arayik Arutyunyana təsir edirlər.

Vətəninfo.az  xəbər verir ki, erməni nəşri “Hraparak” isə iddia edir ki. Balasanyanın geri qaytarılması Azərbaycanın istəyi ilə həyata keçirilir. Nəşr iddia edir ki, Qarabağda ermənilər arasında Azərbaycana qarşı isti münasibət göstərənlərin sayı durmadan artır və bu qüvvələr məhz Azərbaycanla əlaqələrin dərinləşməsi üçün Balasanyanı tələb edirlər.

Media iddia edir ki, Arutyunyan artıq Balasanyanı geri qayıtmağa razı sala bilib.

“Hraparak” nəşri iddia edir ki, Balasanyan geri qayıtsa bu zaman Ruben Vardanyan öz vəzifəsini itiriəcək.

“Vardanyan Balasanyanın vəzifədən uzaqlaşdırılması üçün mübarizə aparırdı və buna nail oldu. Çünki Balasanyan Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlı idi”- nəşr yazıb.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki