image-c445ec1b-e609-4a40-9280-d266dff31eddbackend

XANKƏNDİNDƏ OLMAYAN ARAYIK NECƏ İCLAS KEÇİRİB? – Erməni nəşri ŞOK FAKTLAR AÇIQLADI

image-reklam_sirab_01

Azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindəki etiraz aksiyasının fasiləsiz davam etməsi Xankəndidəki separatçıları ciddi narahat etməkdədir.

Ermənistanın bəzi KİV-lərinin yaydığı məlumata görə, guya, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan ötən gecə geniş işgüzar görüş keçirib.

İclasda Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bunun nəticəsində Xankəndidə yaranmış vəziyyət, separatçıların atacaqları əks addımların müzakirə olunduğu bildirilir.

Qeyd olunur ki, Arayik Arutyunyan müqavimət göstərmək və Laçın yolunun açılmasına nail olmaq üçün bütün daxili və xarici imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb.

“Hraparak” qəzeti isə Arayik Arutyunyanın iclas keçirməyinə şübhə ilə yanaşıb. Qəzet yazıb ki, Arayikin başçılıq etdiyi “nümayəndə heyəti” Fransada səfərdə idi və dünənə kimi onun Xankəndiyə qayıtması barədə məlumat olmayıb.

“Bizə məlumat verildi ki, nümayəndə heyəti dekabrın 11-də Ermənistana qayıdıb, lakin Arayik Arutyunyan hələ də “Artsax”a getməyib. Bəlkə səbəb yoldur, bəlkə də “Artsax”ın problemlərinin həllinin açarı İrəvandadır və o, Paşinyanla görüşə qalıb”, – “Hraparak” yazıb.

Adı çəkilən nəşr dünən, axşama yaxın Qarabağdakı mənbələribdən belə bir məlumat alıb ki, Arayik Arutyunyan Xankəndidə deyil. Belə olan halda Arayik Arutyunyan Xankəndi separatçılarının rəhbərləri ilə gecə yarısı geniş işgüzar görüşü necə keçirib?

“Yəqin ki, o, “Artsax”a gec girə bilib”, – deyə “Hraparak” yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki