image-db4f470fade3df4240b617eeab62d9d7backend

Xankəndiyə daha 13 iranlı gəldi- Foto və pasportlar

image-reklam_sirab_01

14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik – bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.

“Qafqazinfo”nun etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbədi dəstə gətirilib.

Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportlarını da təqdim edirik: 

1. Goodarzi Najmedin Abedin

2. Goodarzi Bahman Zabihollah

3. Goodarzi Mohsen Reza

4. Banaei Mostafa Mohammad

5. Fadaeipordanjani Afrasaib Mahmoud

6. Vaeznezhadi Farshad Dolatali

7. Moradazar Mohsen Zarbali

8. Shafaghghat Aminjan Ramezan Eznolah

9. Boveirian Ghafour Bemouniagha

10. Vae Zadeh Fariborz Madad 

11. Fatahi Shakib Majid Alibaba

12. Hakimzadeh Ghanbar Allahmora

13. Abdollahi Gholamreza Ali

Beləliklə, İrandan Azərbaycan ərazisinə müxtəlif dəstələrin keçirilməsi artıq kütləvi hal alır. Ümulikdə 6 gün ərzində – noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə – 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.

İran səfirliyi əvvəlki müraciətlərimizə cavab vermədiyi, həmin ölkənin xarici siyasət idarəsi nə deyəcəyini bilmədiyi üçün daha bu diplomatik nümayəndəliyə sorğu ünvanlamağı da lazım bilmədik.

Elə isə, artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır!

Nə baş verir?!

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki