image-xinbackend

XİN: Rumıniyadan 300-dən artıq azərbaycanlı Vətənə gətiriləcək

image-reklam_sirab_01

Ukraynadakı vəziyyətlə əlaqədar, ölkəni tərk edərək qonşu dövlətlərə daxil olan Azərbaycan vətəndaşlarının təxliyəsini həyata keçirmək üçün bu ilin 28 fevral tarixində Azərbaycan dövləti tərəfindən iki çarter reysinin təşkil edilməsi nəzərdə tutulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Rumıniya ərazisindən reallaşdırılacaq çarter reyslərindən birincisi ilə Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168, Azərbaycan Hava Yolları ilə həyata keçiriləcək növbəti çarter reysi ilə isə 174 vətəndaşımızın Azərbaycana gətirilməsi planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki