Dünən yoldaşlıq oyunu çərçivəsində Portuqaliya millisi Xorvatiya yığmasını qəbul edib. Vətəninfo.az xəbər verir ki, bu barədə sport.ru məlumat yayıb .
Qarşılaşma balkanlıların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlarda Luka Modriç (11 metr) və Ante Budemir, ev sahiblərində isə Dieqo Jota fərqlənib.
Yeri gəlmişkən, Luka Modriç bugünkü oyunda Xorvatiya yığmasının heyətində 25-ci qolunu vurub.