image-1jbackend

Yağışlardan sonra sürüşmə sahələrində aktivlik müşahidə olunur

image-reklam_sirab_01

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb.

Bu barədə Vətəninfo.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.

“Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2 km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində və Bakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-ci km-də sürüşmə və çökmə prosesləri qeydə alınıb”.

“Hazırda Agentliyin əməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma və monitorinqlər davam etdirilir”, – deyə məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki