image-reklam-veteninfo
image-1backend

“Yandex”:”Ukraynadakı müharibənin bizə aidiyyatı yoxdur”

image-reklam-veteninfo

“Yandex”in təsisçisi, Hollandiyanın “Yandex NV” şirkətinin həmtəsisçisi Arkadi Voloj ona qarşı Qərbin sanksiyalarının ləğvi tələbi ilə Avropa Məhkəməsinə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, biznesmenin vəkilləri bunu onunla əsaslandırıblar ki, o, Ukraynadakı müharibəni pisləyir və artıq Rusiyanın “Yandex”inə heç bir aidiyyatı yoxdur.

Bloomberg-in məlumatına görə, məhkəmə iclasında hüquqşünas William Jull bildirib ki, Voloj hökumətin “Ukraynaya qarşı vəhşi müharibəsini” pisləməklə “son dərəcə cəsarətli addım” atıb və hazırda Rusiyanın “daimi qisas təhlükəsi” altında yaşayır.

Onu iş adamının ikinci vəkili dəstəkləyib və o, Volojun indi heç vaxt Rusiyaya qayıda bilməyəcəyini iddia edib.

Onun sözlərinə görə, Volojun Yandex-in ən böyük səhmdarı olaraq qaldığını söyləmək düzgün deyil, çünki onun şirkət üzərində faktiki nəzarəti yoxdur. “Hazırda dövlətin düşməni sayılan şəxsin Rusiya iqtisadiyyatına qarışdığı qənaətinə gəlmək, sadəcə olaraq, düzgün olmazdı”, – deyə vəkil bildirib.

Məhkəmədəki Aİ nümayəndəsi isə bu arqumentləri təkzib edərək qeyd edib ki, Voloja Qərb sanksiyaları tətbiq olunan vaxt o, Rusiyanın aparıcı iş adamı olub və bu gün də belədir.

Voloj 2022-ci il iyunun əvvəlində sanksiyalara məruz qalıb. Sanksiyaların tətbiqindən sonra “Yandex” Volojun bütün vəzifələrindən getdiyini açıqladı. o, direktorlar şurasından istefa verdi, baş direktor vəzifəsini dayandırdı və beynəlxalq şirkətlərin törəmə şirkətlərində bütün rəhbər vəzifələri tərk etdi.

Voloj Rusiyanın yalnız bu ilin yayında Ukraynaya müdaxiləsini pisləyib. İndiyədək o, öz saytında Rusiya və SSRİ ilə bağlı demək olar bütün istinadları silib və özünü Qazaxıstanda doğulmuş israilli sahibkar adlandırıb. “Mən dəhşətə gəlirəm ki, hər gün ukraynalıların evlərinə bombalar düşür. 2014-cü ildən Rusiyada yaşamamağıma baxmayaraq, başa düşürəm ki, ölkənin hərəkətlərinə görə mənim də məsuliyyətim var”, – Voloj deyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki