image-1backend

Növbədənkənar parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb – SİYAHI – YENİLƏNİB

image-reklam_sirab_01

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, iclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə

Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.

*************************

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.

Vətəninfo.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının

Tədbirlər Planının təsdiq edilməsi;

2. Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin

olunması;

4. Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 28-də “Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama

əsasən, Milli Məclis buraxılıb, növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki