image-324675527_647437393846877_2381464098496492079_nbackend

Yapon nəşri: “İran və Rusiya dəniz dəhlizi yaratmağa çalışır”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, Yaponiyanın “Niki Asia” qəzeti yazır ki, Rusiya və İran Avropa sanksiyalarından yan keçmək üçün Hindistanla yeni bir gəmiçilik dəhlizi yaratmaq planları hazırlayır.
Yapon nəşrinə görə, bu plan ABŞ-ın rəhbərlik etdiyi təzyiqlərə qarşı əks tədbir kimi qiymətləndirilir, amma Qərbin İran və Rusiyaya qarşı son sanksiyalarına qoşulmayan Hindistan bu ticarət dəhlizinə heç bir reaksiya verməyib.
Məlumatda deyilir ki, Rusiya da bu dəhlizdən İran uzərindən Cənubi Asiya ölkələrinə ixracını artırmaq və bununla da Avropadan asılılığını kəsmək üçün istifadə etmək istəyir.
Qeyd edək ki, 2002-ci ildə İran, Rusiya və Hindistan Süveyş kanalından yan keçməklə Hindistan və Rusiyanı İran və Azərbaycan üzərindən birləşdirəcək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinə dair saziş imzalayıblar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki