image-defaultbackend

Yaponiya bu malların Rusiyaya ixracını qadağan ETDİ

image-reklam_sirab_01

Yaponiya Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bundan sonra  əsas strateji malların Rusiyaya ixracı qadağan ediıib.  Yaponiya hökuməti bu malların daşınmasının həyata keçirən  onlarla fiziki şəxsin aktivlərini dondurub.

Yaponiya Ticarət Nazirliyinin məlumatına görə, Yaponiya yarımkeçirici avadanlıq və komponentlər, robotlar, enerji generatorları, partlayıcı maddələr və vaksinlər də daxil olmaqla, hərbi potensialın gücləndirilməsi üçün istifadə edilə bilən malların Rusiyaya daşınmasını qadağan edib.

Xəbərdə deyilir ki, yeni ixrac qadağası fevralın 3-dən qüvvəyə minəcək.

Yaponiya həmçinin Ukraynanın cənub-şərqinin ilhaqı ilə əlaqəli olan daha üç qurumun və 22 fiziki şəxsin və 14 rusiyapərəst şəxsin Rusiyadakı aktivlərini dondurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki