Şimali Koreyanın buraxdığı qitələrarası ballistik raket adi trayektoriya üzrə olsaydı, 15 min kilometr uça və ABŞ-a çata bilərdi.
Vətəninfo.az xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada açıqlamasında bildirib.
Onun sözlərinə görə, uçuşun müddəti 69 dəqiqə olub. Başlama təfərrüatları hazırda təhlil edilir.