image-63ee10ecbe5e5backend

Yaponiya və ABŞ “Dəmir yumruq”la bir araya gəldi

image-reklam_sirab_01

Yaponiya Quru Özünümüdafiə Qüvvələri (GSDF) və ABŞ Dəniz Piyadaları Korpusu Yaponiyanın cənub-qərbindəki ucqar adalarının müdafiəsini əhatə edən birgə hərbi təlimlər keçirir.

Vətəninfo.az xəbər verir ki, manevrdə iki ölkədən amfibiyaçılar və “Osprey” tipli təyyarələr iştirak edir.

Yaponiya Quru Özünümüdafiə Qüvvələri (GSDF) və ABŞ Dəniz Piyadaları Korpusunun təxminən 1700 əməkdaşının iştirak etdiyi illik genişmiqyaslı “Dəmir yumruq” təliminin martın 12-dək davam etməsi planlaşdırılır.

Hərbi təlim Kaqosima prefekturasının Tokunosima və Kikajima adaları, eləcə də Yaponiyanın Tayvan boğazına ən yaxın bölgəsi olan Okinava adasını əhatə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki