image-reklam-veteninfo
image-gxzyofiirhiub4tpbackend

Yaponiyada bir həftə ərzində 45 nəfər istidən ölüb

image-reklam-veteninfo

Yaponiyada 20-26 iyul tarixləri arasında isti hava səbəbindən təxminən 18.600 nəfər xəstəxanaya yerləşdirilib. 45 hadisə ölümlə nəticələnib. Qurbanların sayı əvvəlki həftə ilə müqayisədə 7.700-dən çox artaraq 2026-cı il üçün rekord göstəriciyə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə təcili yardım maşınlarının işini də əlaqələndirən ölkənin İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat verib.

Xəstəxanaya yerləşdirilmiş xəstələrin 710-dan çoxunun üç həftədən çox müddətə müalicəyə ehtiyacı olacaq. Təsirə məruz qalanların təxminən 58%-i 65 yaşdan yuxarı vətəndaşlardır.

Yaponiyanın bəzi bölgələrində 21 iyuldan bəri ardıcıl beş gündür ki, temperatur 40 dərəcə Selsidən yuxarı qalxıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki