Koreya yarımadasında gərginlik artır. Vətəninfo.az BBC-yə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargahı bəyanatında Şimali Koreyaya məxsus 180 hərbi təyyarənin radar izlərini aşkar etdiklərini açıqlayıb. Bildirilib ki, Şimali Koreyaya cavab olaraq 80 F-35A təyyarəsi fövqəladə vəziyyət kodu ilə havaya qalxaraq sərhəddə uçuşlar həyata keçirib.
Cənubi Koreyanın Birləşmiş Qərargahı bu gün yerli vaxtla 11:00-12:00 arasında Şimali Koreyanın hava məkanında 180-dən çox hərbi təyyarənin aşkar edildiyini və əks tədbirlər görüldüyünü bildirib.
Şimali Koreya ordusunun bu hərəkətinə cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin fövqəladə uçuşlar üçün 80 F-35A təyyarəsi ilə təqib dəstək uçuşları təmin etdiyi açıqlanıb.