Vətəninfo.az Transfermarkt istinadən xəbər verir ki, yay transfer pəncərəsində ən çox pul xərcləyən klub London “Çelsi”sidir.
İngiltərə klubu transfer bazarına 464 milyon avro xərcləyib. İkinci yerdə Səudiyyə Ərəbistanının “Əl Hilal” klubu qərarlaşıb.
1.Chelsea: 464 milyon avro
2.Əl Hilal: 353 milyon avro
3.PSJ: 350 milyon avro
4.”Tottenhem”: 249 milyon avro
5.Mançester Siti: 241 milyon avro
6.Arsenal: 235 milyon avro
7.Mançester Yunayted: 207 milyon avro
8.Əl Əhli: 194 milyon avro
9.”Liverpul”: 172 milyon avro
10. “Əl Nəsr”: 165 milyon avro