image-default-1backend

Yəmənin neft yataqlarını Hollandiya şirkəti ALDI

image-reklam_sirab_01

Hollandiyanın məşhur enerji şirkəti  Yəməndə neft hasilatı obyektlərini  alıb. Vətəninfo.az xəbər verir ki,  Zenith Energy Ltd.-nin törəmə şirkəti olan Zenith Hollandiya, 21,6 milyon dollardan çox dəyərində sövdələşmə ilə Vyanada yerləşən OMV-nin Yəməndəki enerji aktivlərini almağa razılaşdığını açıqladı.

Müqavilə hələ Yəmən və Avstriya hakimiyyəti tərəfindən təsdiqlənməyib. Beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti heç bir şərh verməyib.

Açıqlamada deyilir ki, 2022-ci ilin yanvar ayına olan məlumata görə, yataqda qazma fəaliyyətinin olmaması səbəbindən gündə orta hesabla 6 min barel hasil edilir. Bu həcm Yəməndə müharibə başlamazdan əvvəl gündəlik təxminən 15 000 bareldən azalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki