Böyük Britaniyanın baş naziri Rişi Sunak yaxın vaxtlarda Ukraynaya səfər edəcək. Vətəninfo.az xəbər verir ki,
bu barədə Sky News-a Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko məlumat verib.
Diplomat təhlükəsizlik baxımından səfərin tarixi ilə bağlı dəqiq məlumat verməsə də, bunun yaxın vaxtlarda baş verəcəyini bildirib.
Qeyd edək ki, ötən ay Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın yeni baş naziri Rişi Sunakı ölkəsinə səfərə dəvət edib.


























