Argentinada keçirilən prezident seçkilərində Xavyer Millay qalib gəlib.
Qələbə noyabrın 20-nə keçən gecə elan edilib.
Vətəninfo.az xəbər verir ki, Milley azad dünyanın bütün ölkələri ilə işləyəcəyini açıqlayıb. O, bu barədə tərəfdarları qarşısında çıxışı zamanı bildirib. İfrat sağçı siyasətçi həmçinin iqtisadiyyatın dollarlaşdırılmasını, kütləvi özəlləşdirməni, ABŞ-ın xeyrinə Çin, Braziliya və Rusiya ilə əməkdaşlıqdan imtina etməyi təklif edib. Bundan əlavə, o, Argentinanın BRİKS-ə daxil olmasının əleyhinədir.
“Biz daha yaxşı gələcək qurmaq üçün azad dünyanın bütün ölkələri ilə işləyəcəyik”, – deyə o, RİA Novosti-yə istinadən xəbər verir.
Milley hökumətin öhdəlikləri kimi demokratiya, azad ticarət və sülhü sadaladı.