image-yap3backend

     YENİ TARİXDƏ YENİ MİSSİYA

image-reklam_sirab_01

20-ci əsrin sonu Azərbaycan xalqı üçün çox çətin bir dövr olmuşdur.1988-ci ildən başlayaraq isə bir çox hadisələr ölkəmizdə cərəyan etməyə başlamışdır.Lakin bu hadisələrə 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranması ilə yekun vuruldu.Yeni Azərbaycan partiyası Azərbaycanın çox çətin günlərində “91-lər”in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda  550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı ilə yaradılan və 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır.Heydər Əliyev bu konfransda partiyanın Sədri seçildi.Beləliklə,müstəqil Azərbaycanın tarixində böyük tarixi missiya yerinə yetirəcək Yeni Azərbaycan Partiyası yaradıldı.

Ulu Öndər idarəetmədə yeni bir siyasi xətt qurmuşdur və Yeni Azərbaycan Partiyasının üzvləri bu siyasi xəttə sadiq qalaraq onu müasir dünyada aparmaq üçün bütün səyləri göstərirdilər.Bu həmrəylik və sadiqlik həmçinin Heydər Əliyevə olan ümumxalq sevgisindən də xəbər verirdi.Ulu Öndərimiz tərəfindən yaradılıb və inkişaf etdirilən bu partiya iqtidar partiyasına çevrildi və Heydər Əliyevin özünündə dediyi kimi “dünənin,bu günün və sabahın partiyası” oldu.

1993-cü ilin yayında  başlayan vətəndaş müharibəsi Azərbaycanda vəziyyəti bir qədər çətinləşdirdi və xalqın ümid dolu gözləri yenə də Heydər Əliyevə çevrildi.Xalqın istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi və qısa müddət sonra vəziyyət sakitləşdi.29 il əvvəl baş verən hadisələr və ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini yaratmışdı.Qısa müddətdə cəmiyyətin aparıcı partiyasına çevrilmiş YAP yarandığı gündən indiyə kimi çox böyük,uğurlu və şərəfli yol keçmişdir.

Bu partiyanın prorqamında irəli sürülən əsas vəzifələr insanların rifahını yüksəltmək,dövlətin müstəqilliyyini möhkəmləndirmək, vətəndaşların dinc və firəvan həyat qurmalarını təmin etməkdir.YAP Azərbaycanın Respublikasının Konstitusiyası və qanunvericiliyi eyni zamanda da öz Nizamnaməsi və proqramı əsasında fəaliyyət göstərən bir partiyadır.

Partiyada görülən işlər ölkəmizin uzunmüddətli inkişafını təmin etməlidir və milli maraqlarını daim qorumalıdır.Ölkəmizdə olan dəyişən reallıq,müəyyən olunan bəzi yeni amillərənə əsasən islehatlar aparmaq lazım olur.Son prezident və parlament seçkiləri nəticəsində aparılan bir çox islahatalar ilə Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkələrdən biridir.YAP-ın təşəbbüsləri  ölkəmiz gələcək siyasi sistem və onun təkmilləşməsi üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycan  Dövlət  Neft  və  Sənaye  Universiteti

Əhədov Elvin Elnur oğlu

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki