image-bradley-696x434backend

Yeni yardım dalğası – Qərb Ukraynaya tank və zirehli texnika göndərir

image-reklam_sirab_01

ABŞ administrasiyası Ukraynaya 50-yə yaxın “Bradley” piyada döyüş maşını verəcək.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığından sonra iki ölkənin birgə yazılı bəyanatında deyilir.

“Bayden və Şolts lazım olduğu müddətcə Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməkdə davam edəcək. Bu məqsədlə ABŞ və Almaniya Ukraynanı “Bradley” BMP ilə təmin etmək niyyətindədir. Hər iki ölkə Ukrayna qoşunlarına müvafiq sistemlərdə təlim keçməyi planlaşdırır”, – sənəddə bildirilir.

Almaniya hökuməti isə Ukraynaya “Marder” piyada döyüş maşınları vermək imkanını nəzərdən keçirir. Nəzəri olaraq Kiyevə nə qədər piyada döyüş maşınının göndərilə biləcəyi dəqiqləşdirilməyib.

“Agence France-Presse” xəbər verir ki, Fransa Ukraynaya AMX-10 RC təkərli tanklar göndərmək niyyətindədir.

Öz növbəsində Britaniya hökuməti Ukraynaya tank vermək niyyətində olduğunu açıqlayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki