image-01-3backend

Yevlaxda yeni park istifadəyə verildi

image-reklam_sirab_01

Yevlaxda həyata keçirilən “Hər kənddə bir park” layihəsi çərçivəsində rayonunun Balçılı kəndində yeni park salınıb. Təxminən yarım hektar ərazidə inşa olunan parkda yaşıllıqlar salınıb, uşaq əyləncə və idman qurğuları, oturacaqlar quraşdırılıb və digər bütün lazımi şərait yaradılıb. Həmçinin parkda gecə işıqlanması sistemi quraşdırılıb.

Parkda həmçinin Balçılı kəndindən olan 1-ci Qarabağ müharibəsi şəhidi Yaqub Nəbiyevin və Vətən Müharibəsi şəhidi Mikayıl Əlibəylinin xatirəsinə xatirə  bulağı da tikilib.

Parkın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, ziyalılar, kənd sakinləri, şəhid ailələri və qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılışda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı parkın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Yevlax rayonunda insanların asudə vaxtlarının səmərəli keçirməsi məqsədilə “Hər kənddə bir park” layihəsi həyata keçirilir. Layihə çərçivəsində rayonun digər kəndlərində də belə parklar inşa ediləcək. Balçılı kəndində salınmış bu parkın özəlliyi ondan ibarətdir ki, burada 2 şəhidin xatirəsinə bulaq tikilib, bu həm də burada vaxtının böyük hissəsini keçirəcək olan uşaqların, gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayacaq.

Tədbirdə çıxış edən şəhid ailələrinın nümayəndələri, qazilər və sakinlər yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki