image-2backend

 Yıldız Tilbe 12 ailənin 1 illik kirayə xərclərini öz üzərinə götürdü

image-reklam_sirab_01

Türkiyəli məşhur müğənni Yıldız Tilbe “Bir Kirayə Bir Ev” kampaniyasına dəstək verərək 12 ailənin 1 illik kirayə xərclərini qarşılayacağını açıqlayıb. Vətəninfo.az xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin və  Halk TV ekranlarında təşkil edilən “Bir Kirayə Bir Ev” kampaniyasına məşhur adlar dəstək verməyə başlayıb. Dünən axşam Halk TV-nin canlı yayımına qoşulan müğənni Yıldız Tilbe kampaniyaya dəstək verib.

“Allah küçədə  qalanların hamısına kömək olsun, amma əlimizdən gələni edək. Bir xahişim var.10 və ya 12 ailənin  bir il müddətinə kirayə xərclərini ödəyəcəm. Onların təkcə kirayə haqqını deyil, il ərzində digər müəyyən ehtiyaclarını da ödəmək istəyirəm”. -deyə Yıldız Tilbe bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki