image-reklam-veteninfo
image-1backend

Yol polisindən qaçan sürücü qəza törətdi – Yaralananlar var

image-reklam-veteninfo

Yevlaxda yol polisinin saxla əmrinə tabe olmayan sürücü qəza törədib.

Vətəninfo.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Əxşam kəndi yaxınlığından keçən hissəsində baş verib.

Əldə olunan ilkin məlumata görə, yol polisinin “saxla” əmrinə tabe olmayan və təqibdən yayınmağa çalışan “Chevrolet” markalı avtomobil iki maşınla toqquşub.

Hadisə zamanı vurulan “Mercedes” markalı avtomobillərdən birinin sürücüsü və sərnişin (yeniyetmə qız – red) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb. Teleqraf.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki