image-reklam-veteninfo
image-1backend

Yumurtanın ucuzlaşmasının səbəbi bilindi – Bəs digər məhsulların qiyməti necə olacaq?

image-reklam-veteninfo

“Yumurtanın qiymətində müşahidə olunan ucuzlaşma əsasən istehsalın artması, mövsümi amillər və bazardakı təklifin genişlənməsi ilə bağlıdır. Lakin bu, digər əsas ərzaq məhsullarının da qiymətlərinin avtomatik olaraq enəcəyini göstərmir”.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli səsləndirib:

“Ərzaq məhsullarının qiymətləri hər bir məhsul üzrə istehsal xərcləri, idxal qiymətləri, logistika, yanacaq və enerji xərcləri kimi fərqli amillərdən asılıdır. Əgər bu sahələrdə xərclər azalarsa, müəyyən məhsullarda da qiymət enişi müşahidə oluna bilər”.

A.Nəsirli vurğulayır ki, ümumi bazar tendensiyasına baxdıqda, yaxın dövrdə bütün əsas ərzaq məhsullarında genişmiqyaslı ucuzlaşma gözlənildiyini söyləmək çətindir:

“Ayrı-ayrı məhsullar üzrə qiymət dəyişiklikləri mümkün olsa da, ərzaq bazarında davamlı və nəzərəçarpan ucuzlaşma üçün həm daxili istehsalın artması, həm də qlobal bazarlarda qiymət təzyiqlərinin zəifləməsi vacib şərtlərdir”.konkret.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki