image-000backend

Yunan generalı qorxuya salan SƏBƏB: General Türkiyəni niyə təhdid edir? 

image-reklam_sirab_01

Türkiyənin Suriya və İraqın şimalında apardığı əməliyyat Yunanıstanı qorxuya salıb. Vətəninfo.az xəbər verir ki, Yunanıstanın  Baş Qərargah rəisi general Konstantinos Floros bu əməliyyatın Afinaya mesaj olması ilə bağlı açıqlamalarına  reaksiya verib. Türkiyənin təhdidlərinə yeni bir qalmaqal əlavə edən Floros, ölkələrinə müharibə elan etməyi düşünənlərin yeni bir “Marafon”la qarşılaşacaqlarına diqqət çəkib.

Florosun istinad etdiyi marafon: Eramızdan əvvəl 490-cı ildə Marafon düzündə Yunanıstana farsların ilk hücumu zamanı Plateadan gələn əlavələrlə gücləndirilmiş Afina qüvvələri ilə general Datisin komandanlığı altında Əhəməni ordusu arasında baş vermiş döyüşdür. Fars Ordusunun məğlub ola biləcəyini görən yunanlar farslara qarşı özlərinə daha çox inamla vuruşdular. Yunanlar farslar üzərində qələbənin müəyyən mənada Marafon döyüşü ilə başladığına inanırdılar.

Türkiyə mediası isə General Konstantinos Florosin bu açıqlamasını qorxuya qalib gəlmək kimi dəyərləndirib. General çıxışı zamanı Türkiyənin ən müasir silahlara sahib olduğunu da dilə gətirərək, bir sözlə qorxu sindiromuma düşdüklərini də etiraf edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki