image-reklam-veteninfo
image-1backend

Yunanıstan alovlara təslim oldu:  Turistlərin təxliyəsi başladı, Afina yaxınlığında ərazilər boşaldılır

image-reklam-veteninfo

Yunanıstanda güclü küləklərin fonunda meşə yanğınları ilə bağlı vəziyyət gərginləşib. Paytaxt Afinanın cənub-şərqində yeni böyük meşə yanğını baş verib və təhlükə ilə əlaqədar yaşayış məntəqələrindən insanların təxliyəsinə başlanılıb.

Vətəninfo.az xəbər verir ki, yanğınsöndürənlərin məlumatına görə, alov Attikanın Kuvaras qəsəbəsi yaxınlığında qeydə alınıb. Saatda 70 kilometrdən çox sürətlə əsən güclü külək yanğının sürətlə yayılmasına səbəb olub.

Yanğınla mübarizəyə azı 172 yanğınsöndürən, 40-a yaxın texnika, iki yanğınsöndürmə təyyarəsi və dörd helikopter cəlb edilib.

Mülki müdafiə orqanları Kuvaras yaxınlığındakı Aqios Stilianos kəndinin sakinlərinə ərazini tərk etmək barədə xəbərdarlıq edib və təxliyə əmri verib. Yanğın təhlükəsi ilə əlaqədar bölgədə olan turistlərin də təhlükəsiz ərazilərə və ölkədən kənara çıxarılması üçün tədbirlər görülür.

Bu, Yunanıstanda son 10 gün ərzində Afina ətrafında baş verən ikinci böyük meşə yanğınıdır. Bundan əvvəl paytaxtın şimal-qərbində baş verən yanğın 11 min hektardan çox şam meşəsini və əkin sahəsini məhv edib.

Həmin yanğının söndürülməsi güclü küləklər səbəbindən beş gün davam edib. Yanğınla mübarizə zamanı iki helikopter heyəti üzvü digər helikopterlə toqquşma nəticəsində həyatını itirib.

Hazırda Yunanıstanda yüksək hazırlıq rejimi qüvvədədir və bir sıra bölgələrdə yanğın təhlükəsi yüksək olaraq qalır.

Mütəxəssislər bildirirlər ki, Aralıq dənizi hövzəsinin digər ölkələri kimi, Yunanıstanda da iqlim dəyişikliyi meşə yanğınlarının daha tez-tez və daha şiddətli baş verməsinə səbəb olur.

Məlumata görə, 2017–2026-cı illər ərzində Afinanın yerləşdiyi Attika bölgəsində meşə sahələrinin təxminən 42 faizi 15 böyük yanğın nəticəsində məhv olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki