image-444backend

Yunanıstan baş naziri  Türkiyəyə meydan oxudu: Biz müharibədən qorxmuruq

image-reklam_sirab_01

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis növbəti dəfə Türkiyəni hədələyib. Vətəninfo.az xəbər verir ki, Mitsotakis, Türkiyə ilə müharibə ehtimalından narahat deyiləm deyə bildirib.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı “Nikkei Asia” nəşrinə müsahibə verib. Miçotakis Yunanıstan- Türkiyə münasibətləri ilə bağlı analiz edib.

Türkiyənin Ukrayna siyasəti ilə bağlı Miçotakis, “Rusiyaya qarşı sanksiyalarda iştirak etmədi. Rusiya ilə xüsusi iqtisadi əlaqələrdən böyük fayda gördü və müharibədə bitərəf qaldı. Türkiyənin rəftarı bir çox NATO üzvündə məyusluq və narahatlığa səbəb oldu. Əgər siz NATO üzvü, siz bitərəf qala bilməzsiniz” dedi.

Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə də toxunan Miçotakis sözlərini belə davam etdirib:

“Türkiyə ilə müharibə ehtimalı məni narahat etmir. Amma məni narahat edən odur ki, son bir neçə ildə Türkiyənin xarici siyasəti daha revizionist və daha aqressivləşib. Bunun bir dövrə təsadüf etməsini yersiz hesab edirəm. Biz Ukraynada beynəlxalq hüququn pozulması ilə məşğuluq”.

Yunanıstan 350 Leopard 2 və 500 Leopard 1 tankı ilə Avropada ən çox Leopard tankı olan ölkədir. Afina daha əvvəl Rusiya istehsalı olan S-300 raketdən müdafiə sistemlərinin Ukraynaya göndərilməsi tələblərini rədd etmişdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki