image-63fed1bbd0545backend

Yunanıstanda qatar qəzasında ölənlərin sayı artıb

image-reklam_sirab_01

Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Vətəninfo.az xəbər verir ki, qarşı tərəfdən gələn sərnişin qatarı ilə yük qatarı üz-üzə toqquşub, sərnişin qatarının vaqonları aşıb.

Qəzadan sonra iki qatar alovlanıb, əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.

Qəza nəticəsində azı 29 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki