Türkiyə raket texnologiyasında yüksək səviyyəyə qədəm qoyur. Artıq Avropa silah sənayesində mühüm yer tutan Türkiyə yeni raketlərini də Yunanıstanla sərhəddə daşımaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan açıqlamasında bildirib.
561 kilometr mənzilli “Tayfun” ballistik raketinin də yaxın zamanda sərhəddə yerləşdirəcəyi xəbəri Yunanıstanı qorxuya salıb.
Yüksək hərəkət qabiliyyəti ilə diqqət çəkən 250 kilometr məsafədəki hədəfləri məhv edən “Yıldırım” , həmçinin 280+ kilometr mənzilli Bora Taktik ballistik raketidə sərhəd zolağında yerini alacaq.