Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanın ərazi bütövlüyünü, suverinliyini şübhə altına salan müsahibə verib. Vətəninfo.az xəbər veriir ki, erməni mediasına müsahibəsində Zatulin Azərbaycanı işğalçı adlandırmaqdan çəkinməyib. Müsahibəni ixtisarla diqqətinizə çatdırırıq.
“İyun ayında mən Qarabağda oldum və Ermənistanı Qarabağa birləşdirən yeni avtomobil yolunun tikintisini gördüm ki, bu da əslində Laçından keçən yolu əvəz etməlidir. Azərbaycanın səbri tükənir və tezliklə bütün Laçın magistralını ələ keçirmək istəyir. 20 illik razılaşma ilə aldığı. Azərbaycanın etdiyi kobud özbaşınalıqdır və ümid edirəm ki, bildiyimə görə, indi səy göstərən Rusiya sülhməramlıları vəziyyəti düzəldəcəklər.Aksiyaçılara indi güzəşt edilir. Amma lazımı müdaxilə ola bilər.
Mən bir deputat kimi ermənilərə bu işdə bacardığım qədər dəstək verməyə hazıram. Azərbaycan əlverişli məqamdan yararlanmaq üçün gücə arxalanıb, o cümlədən Rusiyanın Ukraynada müharibə etməsi , Türkiyənin dəstəyinin olması, heç nəyi dəyişmir. Onlar Rusiya ilə oynayır.”-deyə Zatulin bildirib.
P.S. Zatulin imperiyanın hürən iti funkusyasını yerinə yetirir. Amma unudur ki, Azərbaycan qısa zamanda bütün istəklərinə nail olacaq.