image-zaxarovabackend

Zaxarova: Azərbaycan səfirliyinin əməkdaşı şir kimi vuruşdu – VİDEO

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın İrandakı səfirliyinə edilən hücumun anbaan görüntülərini teleqram kanalında paylaşıb.

Vətəninfo.az xəbər verir ki, Zaxarova sözügedən videoya belə şərh yazıb:

“Azərbaycan səfirliyinin mühafizə əməkdaşı şir kimi vuruşub”.

image-2023-01-27-3

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

http://https://t.me/MariaVladimirovnaZakharova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki