image-susa_qalasi_-2backend

Zəfərə gedən yol: 44 günlük savaşın bir anı

image-reklam_sirab_01

2020-ci ilin noyabr ayının ilk günləri İkinci Qarabağ müharibəsinin kulminasiyası oldu və Azərbaycanın mədəniyyət mərkəzinin – Şuşa şəhərinin azad edilməsi ilə başa çatdı.

Noyabrın 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri xüsusi təyinatlı qüvvələrinin ön bölmələri şəhərin kənarlarına sızılaraq, şəhər daxilində diversiyalar törətməyə başladı.

Noyabrın 5-də Şuşa yaxınlığındakı Daşaltı kəndi boşaldıldı, noyabrın 6-da səhər tezdən isə şəhərə hücum başladı.

Hücumda 300 xüsusi təyinatlı hərbi qulluqçu və digər qoşun növlərinin bir sıra bölmələri iştirak edirdilər.

Erməni hərbiçilərinin əksəriyyəti əvvəlki günlərdə şəhərdən qaçmışdı, böyük hissəsi isə məhv edilmişdi.

Noyabrın 6-da küçə döyüşləri şəhərin azad edilməsi ilə başa çatdı, amma Ermənistan tərəfi Şuşanı geri almaq üçün bir neçə hücum həyata keçirdi.

6-7 noyabr tarixlərində ermənilər ən amansız hücumları həyata keçirdilər, bu hücumlar zamanı düşmən böyük itkilər verdi.

4-5 gün ərində Şuşada düşmənin ən az 700 əsgəri öldürüldü.

Xüsusən, Ermənistan SQ-nin iki :022-ci və 178-ci xüsusi təyinatlı bölməsi məhv edildi.

Noyabrın 7-də günün ikinci yarısında hərbi komandanlıq rəhbərliyə şəhərin azad edildiyi haqqında məruzə etdi, noyabrın 8-də səhər isə 28 il sonra Şuşanın azad olduğu haqqında rəsmi məlumat yayıldı.

Azərbaycan SQ-nin xüsusi təyinatlı qüvvələrinin əsgərləri tərəfindən noyabrın 6-da Xankəndi-Şuşa yolunda çəkdikləri videokadrlar o şanlı döyüşlərin epizodlarından biridir.

Şuşanın azad edilməsi ilə 90-lardan xalqımızın şüuraltısına hopmuş məğlubiyyət sindromu sındı, xalqımızın ruhuna hopmuş məyyusluq sındırıldı.

Şuşanın azad olunmasını gözü ilə görən nəsil kimi biz möcüzələrə , bütün arzuların çin olmasına , mümkünsüz heç nəyin olmamasına inandıq.

Bu qələbənin , bu uğurun, bu möcüzənin memarı , Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan Əsgərinə bir ömr borcluyuq.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazılərimizə şəfa diləyir, dövlətimizə və xalqımıza bundan belə ancaq xoş günlər arzulayırıq.

Allah Azərbaycanı var, düşmənlərini xar etsin !!!

Zəfər Bayramımız mübarək!

Yeganə Hacıyeva

Politoloq

Xüsusi olaraq Vətəninfo.az üçün


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki