Rusiya prezidenti Vladimir Putinin iddialarına baxmayaraq, Rusiya Donetsk bölgəsindəki Kostyantinovkanı ələ keçirə bilməyib.
Vətəninfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna liderinin Telegram kanalında dərc olunmuş paylaşıma görə, Kostyantinovka uğrunda şiddətli döyüşlər gedir. Cəbhənin ən çətin hissələri Donbass, Zaporojye və Xarkov bölgələri olaraq qalır.
“Putinin artıq ələ keçirdiyi iddia edilən Kostyantınovka uğrunda da döyüşlər gedir, amma onun orada görünmək riskini heç vaxt etməyəcəyi aydındır. Çünki əslində onun yeganə real gücü Moskva, Sankt-Peterburq və iqamətgahlarıdır”, – deyə Zelenski bildirib.
O, həmçinin iddia edib ki, ruslar da bu ilin iyun ayında cəbhədə təxminən 30.000 təsdiqlənmiş itki veriblər.


























