image-555backend

Zelenski Qərbə səsləndi:”Hədəf siz olmaq istəmirsinizsə silah verin”

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrindən daha çox silah yardımı tələb edib.

Vətəninfo.az xəbər verir ki, Zelenski Avropa səfərindən əvvəl paytaxt Kiyevdə Fransanın “Le Figaro” və Almaniyanın “Der Spiegel” qəzetlərinə eksklüziv müsahibə verib və iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə qalib gəlsə, dayanmayacaq və eyni şeyi digər ölkələrə də edəcək.

Zelenski bildirib ki, Qərb istənilən silahı Ukraynaya çatdırmasa növbəti hədəf onlar olacaq.

“Rusiya hücumlarını dayandırmaq üçün hər gün Qərb liderləri ilə danışdım. Onlardan xahiş etdim ki, bizə daha çox silah versinlər və Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etsinlər” ifadəsini işlədən Zelenski Qərb ölkələrini müharibədən əvvəl Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul etmədiklərinə görə tənqid edib.

Avropalıların Krım və Donbasın itirilməsi bahasına müharibəni tez bir zamanda dayandırmaq istədiklərini vurğulayan Zelenski Rusiyanın Ukrayna ilə müharibəni dayandırmayacağına diqqət çəkib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki